Keçmiş prezidentə hökm oxundu - 18 aylıq cəza...

Keçmiş prezidentə hökm oxundu - 18 aylıq cəza... Dünya

Cənubi Koreyada məhkəmə sabiq prezident Yun Suk Yeolu 2022-ci il prezident seçkiləri zamanı yalan məlumat vermək və seçki qanunlarını pozmaqda təqsirli bilib.

News24.az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, Seul Məhkəməsi Yun Suk Yeolu 18 ay şərti həbs cəzasına məhkum edib. Cəzanın icrası 3 il müddətinə təxirə salınıb.

Yunun vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Yun Suk Yeol 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etmiş, daha sonra parlament bu qərarı ləğv etmişdi. Prezidnet impiçment prosedurundan sonra 2025-ci ilin aprelində vəzifəsindən kənarlaşdırılmışdı.

Yunun vəzifədən uzaqlaşdırılmasından sonra keçirilən prezident seçkilərində Demokrat Partiyasının namizədi Li Ce Myun qalib gələrək 2025-ci il iyunun 4-də vəzifəsinin icrasına başlayıb.