Keniyada Ebola virusuna yoluxanların sayı 57-yə çatdı
Dünya
Keniyada Ebola virusuna yoluxan bir nəfər ölüb, xəstə ilə təmasda olanların sayı isə 57-yə çatıb.
News24.az xəbər verir ki, ölkənin səhiyyə naziri Aden Duale təmasda olan şəxslərdən 10-nun Nayrobidə karantinə alındığını bildirib.
Nazirin sözlərinə görə, hazırda ölkədə epidemiya qeydə alınmayıb. Təsdiqlənmiş yeganə yoluxma halı Konqo Demokratik Respublikasından gələn şəxsdə aşkarlanıb.
Karantində olan şəxslərin vəziyyəti hər gün izlənilir. Eyni zamanda, digər mümkün təmasların müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.