"Kərki, Bağanis-Ayrım, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi deyil" - Paşinyan
Dünya
1991-ci il Almatı Bəyannaməsi əsasında Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometr sərhədlərində dəqiq müəyyən edilib.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bütün anklav və eksklav məsələləri yalnız delimitasiya prosesi və sülh yolu ilə tənzimlənmə çərçivəsində həll edilməlidir.
“Almatı Bəyannaməsinin qəbul edildiyi vaxt mövcud olan xəritələrdə Kərki, Bağanis-Ayrım, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisi deyil. Bu, qarşılaşdığımız faktdır. Ermənistanın 29 743 kvadrat kilometr ərazisinə eksklavlar daxil deyil”, — Paşinyan bildirib.