Kılıçdaroğlu xələfini - təbrik etdi

Kılıçdaroğlu xələfini - təbrik etdi Dünya

Kamal Kılıçdaroğlu CHP-nin yeni seçilən sədri Özgür Özəli X sosial şəbəkəsindəki hesabından təbrik edib.

News24.az xəbər verir ki, o xələfinin bu vəzifəni şərəflə icra edəcəyinə inandığını bildirib. 

“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - paylaşımda belə deyilir.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu Ankarada keçirilən səsvermədə dəstək qazana bilməyib.  Belə ki, o 534 səslə məğlub olub. 

 Fərid