Kim buna cəsarət etsə, ağır bədəl ödəyəcək - Qallant

Kim buna cəsarət etsə, ağır bədəl ödəyəcək - Qallant Dünya


İsrail özünü müdafiə etməyə, cavab vermək üçün cəld hərəkət etməyə hazırdır və ona hücum edən hər kəs ağır bədəl ödəyəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Yəhudi İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Bizim (İsrail - red.) həm quruda, həm də havada müdafiəyə hazırlığımızın səviyyəsi yüksəkdir. Biz həm sürətli cavaba, həm də sürətli hücuma hazırıq. Kim bizə hücum etməyə cəsarət etsə, bunun əvəzini ağır ödəyəcək",- o bildirib.