Kim Çen üçün dərman - AXTARILIR
Dünya
Şimali Koreya hakimiyyəti Kim Çen In üçün piylənmənin müalicəsi axtarır.
News24.az xəbər verir ki, bu barədə "AP News" yazıb.
Cənubi Koreya rəsmisi Lee Son kven bildirib ki, son kəşfiyyat hesabatları Kim Çen Inın şəkər xəstəsi olduğunu və təxminən 140 kiloqram ağırlığında olduğunu göstərib. Mütəxəssislərin fikrincə, Şimali Koreya liderinin çəki problemi stress, həmçinin həddindən artıq içki və siqaretdən qaynaqlanıb.
Qeyd olunub ki, Şimali Koreya rəsmiləri indi Kim üçün xaricdə piylənmə dərmanları axtarırlar.
Məryəm İlhamqızı