Kiprdəki gəmi qəzasında ölənlərin sayı artdı
Dünya
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
News24.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel deyib.
O əlavə edib ki, itkin düşənlərin sayı isə 15 nəfər olub.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr Türk Respublikası sahillərində 267 nəfəri daşıyan bərənin batması nəticəsində 8 nəfər ölüb, 20 nəfər isə hələ də itkindir, axtarışları aparılır.