Kişinin sidik kisəsindən 3 kiloluq daş çıxarıldı

Kişinin sidik kisəsindən 3 kiloluq daş çıxarıldı Dünya

Şri-Lankada həkimlər 55 yaşlı kişinin sidik kisəsindən 3,1 kiloqram ağırlığında daş çıxarıblar.

News24.az xəbər verir ki, pasiyent insult keçirdikdən sonra xəstəxanaya yerləşdirilib. Müalicə zamanı həkimlər onun səhhətində ciddi problem olduğunu aşkarlayıb və sidik kisəsində daşlar olduğunu müəyyən ediblər.

Əməliyyat zamanı mütəxəssislər təxminən 17 santimetr uzunluğunda və 3,1 kiloqram ağırlığında daş çıxarıblar.

Bu, təxminən vaxtında doğulan körpənin çəkisinə bərabərdir.

Həkimlər bildiriblər ki, daşın kişinin orqanizmində 5–10 il ərzində formalaşdığı ehtimal olunur.

Adətən bu cür daşlar qatılaşmış sidikdə mineralların kristallaşması və tədricən bərk kütləyə çevrilməsi nəticəsində yaranır.

Onların əmələ gəlməsinin səbəblərindən biri sidik kisəsinin tam boşalmamasıdır.

Ehtimal olunur ki, çıxarılan daş mövcud dünya rekordunu yeniləyə bilər.

“Ginnesin Rekordlar Kitabı”na əsasən, bundan əvvəl sidik kisəsindən cərrahi yolla çıxarılan ən böyük daşın çəkisi 1,9 kiloqram olub.

Bu daş 2003-cü ildə Braziliyada bir pasiyentdən çıxarılıb və uzunluğu 17,9 santimetr olub. Yeni rekordun rəsmi təsdiqi üçün ayrıca yoxlama aparılmalıdır.

Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra pasiyentin səhhəti yaxşıdır.