KİV: Atəşkəs razılaşması ləğv edilə bilər
Dünya
İran tərəfi İsrailin Livan istiqamətində həyata keçirdiyi hərbi hücumlara qarşı cavab tədbirləri görməyə hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə məlumatlı mənbə bildirib. Mənbənin sözlərinə görə atəşkəs pozuntuları davam edəcəyi təqdirdə Tehran administrasiyası iki həftəlik razılaşmanı ləğv etmək niyyətindədir.
Eyni zamanda vurğulanıb ki, İsrailin hücumları dayanmasa İran İslamabadda keçirilməsi planlaşdırılan diplomatik danışıqlarda iştirakdan imtina edəcək. Hazırda Tehranın hərbi və siyasi rəhbərliyi yaranmış vəziyyəti yaxından izləyir və adekvat addımların atılacağını bildirir.
Xatırladaq ki, regionda sabitliyin təmin olunması məqsədilə əldə olunmuş müvəqqəti barışın taleyi hazırda tərəflərin atəşkəs şərtlərinə əməl etməsindən asılıdır.
Nilufər