KİV: Roma Papasının təyyarəsində problem aşkarlandı

KİV: Roma Papasının təyyarəsində problem aşkarlandı Dünya

Roma Papası XIV Leonu Türkiyəyə aparan "ITA Airways" şirkətinə məxsus "Airbus A320" təyyarəsi aşkarlanan problem səbəbindən modifikasiya olunacaq.

News24.az "ANSA" agentliyinə istinadla xəbər verir ki, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidməti məlumat yayıb.

"Zəruri detal – monitor artıq Romadan göndərilir", – məlumatda qeyd olunub.

Xatırladaq ki, Papa noyabrın 27-də Türkiyəyə gedib, noyabrın 30-da eyni təyyarə ilə səfərinin ikinci dayanacağı olan Livana yollanmalıdır. Onun Romaya qayıdışı dekabrın 2-ə planlaşdırılıb.