KİV: “Türkiyədə tarixi addımlar atılır”
Dünya
İsrailin “Mako” portalı Türkiyənin müdafiə sənayesində həyata keçirdiyi transformasiyanı “tarixi dönüş” adlandırıb.
News24.az xəbər verir ki, məlumatda Türkiyənin artıq idxaldan asılı vəziyyətdən çıxaraq müdafiə sahəsində tam istehsalçı mövqeyinə keçdiyi vurğulanır.
Xüsusilə “Altay” döyüş tankının kütləvi istehsalı bu dəyişimin simvolu kimi təqdim olunur. Tankın ilk partiyası artıq Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Planlara görə, hər il 96 ədəd “Altay” istehsal ediləcək.
Portal yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə ordusu texnoloji müstəqillik və hərbi modernləşmə istiqamətində “tarixi addımlar” atır.