Kıvanç Tatlıtuğun evində bədbəxt hadisə: işçi ağır yaralandı
Dünya
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun Göktürkdəki evində aparılan təmir işləri zamanı xarici ölkə vətəndaşı olan işçi damdan yıxılaraq ağır yaralanıb.
News24.az xəbər verir ki, hadisə zamanı yaralanan işçinin reanimasiyaya yerləşdirildiyi və olayla bağlı Tatlıtuğ haqqında şikayət verildiyi iddia edilib. Aktyorun vəkilindən isə məsələ ilə bağlı açıqlama verilib.
Vəkil bildirib ki, hadisə Kıvanç Tatlıtuğ və ailəsinin şəhərdən kənarda olduğu vaxt baş verib. Evdəki təmir işlərini həyata keçirən şirkətin rəhbəri işçini Tatlıtuğun və əməkdaşlarının məlumatı, icazəsi və razılığı olmadan əraziyə gətirib.
Açıqlamada qeyd olunub ki, şirkət rəhbəri bu məsələni polisə verdiyi ifadəsində də təsdiqləyib və Tatlıtuğ barəsində qanunvericiliyə uyğun hər hansı araşdırma aparılmayıb.
Vəkilin sözlərinə görə, aktyor hadisədən xəbər tutduğu ilk gündən yaralanan şəxsin ailəsi ilə əlaqə saxlayıb, onun müalicəsi, xəstəxana xərcləri və yaxınlarının ehtiyacları ilə maraqlanıb.
Şirkət rəhbərinin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı bildirilib. Tatlıtuğun vəkili hadisəyə səbəb olan şəxslərlə bağlı ayrıca şikayət veriləcəyini və məhkəməyə müraciət ediləcəyini açıqlayıb. (Yeni Sabah)