Kiyev tezliklə səhvinin bədələni ödəyəcək - İrandan növbəti təhdid
Dünya
İrana qarşı atılan heç bir addım cavabsız qalmayacaq.
News24.az xəbər verir ki, bunu İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bildirib. Onun sözlərinə görə, Kiyev bunun nəticələrini tezliklə görəcək.
"Səhv hesablayanların siyahısı artmaqda davam edir!" – deyə Əzizi sosial şəbəkədə yazıb.
Bəyanat İran Xarici İşlər Nazirliyinin iyulun 25-də Xəzər dənizində İranın ticarət gəmisinin Ukrayna qüvvələri tərəfindən hədəf alındığını iddia etməsindən sonra səsləndirilib. Tehran hadisəni təcavüz aktı kimi qiymətləndirərək bildirib ki, partlayış nəticəsində bir dənizçi və daha bir ekipaj üzvü ölümcül xəsarət alıb. İran Ukraynanı müharibəni döyüş zonasından kənara çıxarmağa cəhd göstərməkdə ittiham edib.