Kiyevdə etiraz aksiyası başladı
Dünya
Kiyevdə şəhər administrasiyasının binası qarşısında mer Vitali Kliçkonun istefasını tələb edən etiraz aksiyası keçirilir.
News24.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Administrasiya binası qarşısında onlarla fəal toplaşıb. Onlardan bəziləri "Kliçko – istefaya!", meri dəstəkləyənlər isə "Kliçko – bizim merimizdir" plakatları ilə gəliblər.
Merin əleyhdarları, xüsusilə şəhərin payız-qış mövsümünə hazır olmadığını və vəd edilmiş sığınacaqların yaradılmadığını bildirərək narazılıqlarını ifadə edirlər. Hadisə yerində polis var.
Hüquq-mühafizə orqanları təxribatların qarşısını almaq üçün dəstək qrupundan təhlükəsiz məsafəyə çəkilməyi xahiş ediblər, lakin iştirakçılar getməkdən imtina ediblər.
Onların opponentləri isə heç kimə toxunmayacaqlarını, sadəcə öz mövqelərini ifadə etdiklərini bildiriblər.