Kiyevdə partlayışlar baş verir

Kiyevdə partlayışlar baş verir Dünya

Kiyevdə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi fonunda bir sıra partlayış səsləri eşidilib.

News24.az xəbər verir ki, bu barədə “Novosti.live” teleqram kanalına istinadən məlumat yayılıb.

Məlumata görə, Ukrayna paytaxtında hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb. Partlayışların hansı səbəbdən baş verdiyi və mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.