Kiyevə gecə hücumu: Ölən və yaralananlar var

Kiyevə gecə hücumu: Ölən və yaralananlar var Dünya

Rusiyanın Ukrayna paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi hava hücumu nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

News24.az–ın məlumatına görə, Kiyev meri Vitali Kliçko bildirib ki, yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır.

Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində anbarlarda, kommersiya və yaşayış binalarında, həmçinin özəl məktəbin yerləşdiyi ərazidə yanğınlar baş verib. Bir sıra binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.

Hazırda təcili yardım və xilasetmə qrupları hadisə yerində işləyir. Paytaxtda hava hücumu xəbərdarlığı davam edir.