Klayv Devis vəfat etdi

Klayv Devis vəfat etdi Dünya

Amerikalı məşhur musiqi prodüseri Klayv Devis 95 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Bildirilib ki, prodüserin ölüm xəbərini ailə üzvləri təsdiqləyiblər.

Klayv Devis 1967-ci ildə, 35 yaşında olarkən “Columbia Records” şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. O, 1976-cı ildə isə “Arista Records” leyblini yaradıb.

Prodüser musiqi dünyasının bir sıra tanınmış simaları ilə əməkdaşlıq edib. Onların arasında kanadalı müğənni-bəstəkar Leonard Koen, amerikalı müğənnilər Cenis Coplin və Uitni Hyuston da yer alır.