Kleopatranın sarayında 2 min illik üzük tapıldı
Dünya
Misirdə su altında qalan saray kompleksinin yaxınlığında qədim tunc üzük tapılıb.
News24.az xəbər verir ki, “The National”ın məlumatına görə, artefakt fransız tədqiqatçı Frank Qoddio və onun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkarlanıb.
Təxminən eramızın II əsrinə aid olduğu bildirilən üzüyün üzərində qədim dünyanın möcüzələrindən biri sayılan İsgəndəriyyə Mayakının təsviri həkk olunub.
Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı Antirodos adasındakı sarayda mayakın idarə olunması ilə bağlı inzibati fəaliyyətin aparıldığını göstərir.
İsgəndəriyyə Mayakı eramızdan əvvəl 280-ci ildə inşa edilib və orta əsrlərdə baş verən zəlzələlər nəticəsində dağılıb.