“Çəkməli pişik”: Mossadın İranda rejim dəyişikliyi planı nə olub?

“Çəkməli pişik”: Mossadın İranda rejim dəyişikliyi planı nə olub? Dünya

“Mossad” İran hakimiyyətinin devrilməsi üçün kod adı “Çəkməli pişik” olan gizli plan hazırlayıb.

News24.az xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.

Plan 2025-ci ilin iyununda 12 günlük müharibədən sonra hazırlanıb və həmin vaxt “Mossad”ın rəhbəri olan Devid Barnea tərəfindən dəstəklənib.

Planın əsas mövzularından biri kürd qruplaşmalarının İrana daxil edilməsi olub. Əməliyyata hazırlıq çərçivəsində minlərlə kürd döyüşçü İsrailə səfər edib, müxtəlif əməliyyat ssenariləri üzrə hazırlıq keçib.

Hesabatda İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın da mümkün gələcək siyasi ssenarilərdə adı çəkilir.

İsrail rəsmiləri məxfi müzakirələr zamanı Əhmədinejaddan dost kimi bəhs ediblər.

Ancaq planın həyata keçirilməsi prosesində ABŞ-nin mövqeyinin dəyişdiyi bildirilir. Vaşinqton əməliyyat başladıqdan bir neçə gün sonra kürd qüvvələrinin İran ərazisinə daxil olmasının dayandırılmasını tələb edib. Bununla da, plan uğursuz olub.