Kəndirləri bağlamağı unutdular - Gənc qız 40 metrdən düşüb öldü
Dünya
Braziliyada kəndirlə yüksəklikdən tullanma (bungee jumping) əyləncəsi faciə ilə başa çatıb.
News24.az xəbər verir ki, hadisə ölkənin San-Paulu ştatının Limeyra şəhərində qeydə alınıb.
Məlumata görə, 21 yaşlı gənc qadın təhlükəsizlik kəndirləri bağlanmadan körpüdən aşağı buraxılıb.
Təxminən 40 metr yüksəklikdən yıxılaraq ağır xəsarətlər alan qız bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə ilə bağlı başladılan cinayət işi çərçivəsində təşkilatçı qrupdan 6 nəfər saxlanılıb.
Araşdırmalar davam edir.