Köçəryan məhkəmədə Paşinyana uduzdu

Köçəryan məhkəmədə Paşinyana uduzdu Dünya

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddia məhkəmə tərəfindən rədd edilib.

News24.az xəbər verir ki, Köçəryan Paşinyanın sosial şəbəkədə paylaşdığı "Məhkəmə qərarı ilə sübut olunub ki, Köçəryan rüşvətxordur" ifadəsinin təkzib olunmasını tələb edib.

O, həmçinin mənəvi ziyana görə baş nazirdən 16 min ABŞ dolları məbləğində təzminat istəyib.

Lakin məhkəmə iddianı təmin etməyib. Bundan əlavə, sabiq prezidentindən vəkil xərclərinin ödənilməsi məqsədilə 200 min dram (təxminən 550 ABŞ dolları) məbləğində ödəniş tələb edilib.