"Köçəryan və Sarkisyan pensiya hesabına yaşamalıdır" - Paşinyan

"Köçəryan və Sarkisyan pensiya hesabına yaşamalıdır" - Paşinyan Dünya

“Robert Köçəryan, Serj Sarkisyan və Qaqik Tsarukyan yalnız pensiya və qanuni gəlirləri ilə yaşamalıdırlar”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, qanunsuz yolla əldə edilən hər şey son qəpiyinədək Ermənistan dövlətinə və xalqına qaytarılmalıdır və başqa seçim yoxdur.