Köhnə qayıq faciəyə səbəb oldu: ölənlər var – bu ölkədə
Dünya
Konqoda güclü külək səbəbindən qayıq aşaraq batıb və azı 19 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ölənlərdən 9-nun cəsədi artıq tapılıb. 82 nəfər isə xilas edilib. İtkin düşənlərin dəqiq sayı isə məlum deyil.
Məlumata görə, qayıq Kiri kəndindən paytaxt Kinşasaya doğru yola çıxarkən qəzaya uğrayıb.
Qeyd edək ki, Konqonun bir çox ucqar bölgələrində çay gəmiləri əsas nəqliyyat vasitəsidir, lakin qayıqların əksəriyyəti köhnədir və qəzalar tez-tez baş verir. Sentyabr ayında Konqonun digər bölgələrində baş verən iki ayrı çay gəmi qəzasında təxminən 200 nəfər həlak olub.