Kolumbiyada andiçmə mərasimi ərəfəsində bombalı hücum xəbərdarlığı

Kolumbiyada andiçmə mərasimi ərəfəsində bombalı hücum xəbərdarlığı Dünya

Kolumbiya prezidenti Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq yeni prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhərində onlarla ton partlayıcı maddənin olduğunu iddia edib.

News24.az xəbər verir ki, Petro bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Kalidə onlarla ton partlayıcı maddənin olduğunu bilirik. Narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplar ictimai həyata təsir edəcək fövqəladə vəziyyət elan edilməsinə əsas yaratmaq üçün terror aktları törətmək istəyirlər", - deyə paylaşımda bildirilib.

Digər tərəfdən, səlahiyyətli qurumlar andiçmə mərasiminin keçiriləcəyi Kalidə hər cür zorakılıq hadisəsinin qarşısını almaq məqsədilə 11 mindən çox polis və hərbçidən ibarət təhlükəsizlik qüvvəsinin xidmət aparacağını açıqlayıblar.