Kolumbiyadakı zəlzələdə ölənlərin sayı 281-ə çatdı
Dünya
Kolumbiyadakı zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə ölkə prezidenti Abelardo de la Espriella keçirdiyi mətbuat konfransında məlumat verib.
O, 971 nəfərin yaralandığını, 379 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Ölkə başçısı axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini qeyd edib.
“Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin olanlarla birlikdədir”, deyə De la Espriella bildirib.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyada baş verən zələlə nəticəsində 127 bina dağılıb, 65 841 evə ziyan dəyib, 10 677 ev isə tamamilə dağılıb.