Kolumbiyadakı zəlzələdə ölənlərin sayı artdı

Kolumbiyadakı zəlzələdə ölənlərin sayı artdı Dünya

Kolumbiyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, daha 570 nəfər yaralanıb.

Ölkənin beş inzibati mərkəzində qırmızı təhlükə səviyyəsi elan edilib.

Yeddi hava limanının fəaliyyəti dayandırılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

ABŞ təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxminən 16 milyon dollar ayırıb.

Xatırladaq ki, ötən gün ölkənin qərbindəki Çoko departamentində 7,4 maqnitudalı zəlzələ baş verib.

Təxminən 90 ev dağılıb. Kolumbiyada milli fəlakət rejimi tətbiq olunur.

Hakimiyyət orqanları zəlzələnin ölkədə son 10 ilin ən güclü seysmik hadisəsi olduğunu bildiriblər.

Yeraltı təkanlar Venesuela, Ekvador və Panamada da hiss olunub.