Kolumbiyadakı zəlzələdə ölənlərin sayı artdı

Kolumbiyadakı zəlzələdə ölənlərin sayı artdı Dünya

Bazar ertəsi Kolumbiyada baş verən zəlzələdə ölənlərin sayı artıb.

News24.az xəbər verir ki, bu barədə ölkə prezidenti Abelardo de la Espriell açıqlama verib.

Məlumata görə, ölənlərin sayı 265-ə, yaralananların sayı isə 3 494-ə çatıb. Daha 496 nəfərdən hələ də xəbər yoxdur.

Prezident fəlakətin 53 mindən çox insana təsir etdiyini açıqlayıb və yardımların sürətləndirilməsi üçün iqtisadi fövqəladə vəziyyət elan edəcəyini bildirib.

Hökumətin əsas diqqəti itkin düşən şəxslərin axtarışına yönəlib.