Konqoda Ebola epidemiyası: Yoluxma halları 800-ü keçdi

Konqoda Ebola epidemiyası: Yoluxma halları 800-ü keçdi Dünya

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma halları 800-ü ötüb.

News24.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyət elan etməsindən bir ay sonra belə, ölkədə tibbi personal, ləvazimat və infrastruktur çatışmazlığı vəziyyəti çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, epidemiya nəzarət altına alınmasa, vəziyyət əvvəlki illərdəki ən böyük Ebola fəlakətlərini də keçə bilər.