Konqoda Ebola virusuna yoluxma sayı 8 500-ü ötdü

Konqoda Ebola virusuna yoluxma sayı 8 500-ü ötdü Dünya

Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı təsdiqlənmiş yoluxma hallarının sayı 8 544-ə çatıb.

News24.az xəbər verir ki, ölkənin Rabitə və Media Nazirliyi epidemiyanın son vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumata görə, Ebola virusundan 4 114 nəfər həyatını itirib, 2 230 nəfər isə sağalıb. Son 24 saat ərzində 17 nəfərin sağaldığı bildirilib.

Epidemiyanın başlanmasından bu yana ölüm nisbəti 48,2 faiz təşkil edib.

Epidemiyanın aşkarlandığı 7 ştatın 64 bölgəsində mübarizə tədbirləri davam etdirilir.