Konqoda Eboladan ölənlərin sayı 864-ə çatdı

Konqoda Eboladan ölənlərin sayı 864-ə çatdı Dünya

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 864 nəfərə çatıb.

News24.az xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı isə 2200-ə yüksəlib.

Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir. (APA)