Konqoda iki məktəb yandı - 20 şagird öldü

Konqoda iki məktəb yandı - 20 şagird öldü Dünya

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Bukavu şəhərində iki ibtidai məktəbdə baş verən yanğın nəticəsində azı 20 şagird ölüb.

News24.az xəbər verir ki, onların əksəriyyəti yaranan izdiham və basabas zamanı həyatını itirib.

Yanğın yaxınlıqdakı evlərdən birində başlayıb.

Dərs zamanı alov məktəblərə keçib.