Konsert zəlzələyə səbəb oldu

Konsert zəlzələyə səbəb oldu Dünya

“Metallica” qrupunun Yunanıstanda verdiyi konsert kiçik zəlzələyə səbəb olub.

News24.az xəbər verir ki, bu barədə Afina Geodinamika İnstitutunu məlumat yayıb.

Bildirilib ki, qrupun çıxışını 80 mindən çox insan izləyib.

“Məlumatlara görə, zəlzələlərin monitorinqi üçün istifadə olunan avadanlıq tədbir zamanı kiçik təkanlar qeydə alıb. Bu təkanlar tədbirdə izdihamın sinxron hərəkətləri nəticəsində yaranıb”, — deyə bildirilib. /Kathimerini/