Konsertdə biabırçılıq: Əməkdar artist çıxışını yarımçıq dayandırdı - VİDEO

Konsertdə biabırçılıq: Əməkdar artist çıxışını yarımçıq dayandırdı - VİDEO Dünya

Rusiyanın əməkdar artisti Valeri Meladze Almatıda konsert zamanı tamaşaçılar arasında baş verən mübahisə və davaya görə çıxışını dayandırıb.

News24.az xəbər verir ki, hadisə noyabrın 4-də sənətçinin Qazaxıstandakı ikinci konserti zamanı, Almatı Arenada baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə qadın səhnəyə yaxınlaşmaq üçün ön sıralarda dayanan tamaşaçıları itələməyə başlayıb. Nəticədə iki qadın arasında mübahisə yaranıb və bu, davaya çevrilib.

Baş verənləri görən Meladze mahnısını yarımçıq saxlayaraq səhnədən tamaşaçılara müraciət edib və konserti vaxtından əvvəl bitirə biləcəyini bildirib.

“Bütün konsertin gedişatı pozuldu”, – deyə müğənni bildirib.

Sənətçi səhnəni tərk etmək istəsə də, tamaşaçılar ondan çıxışını davam etdirməsini xahiş ediblər. Meladze razılaşaraq münaqişənin təkrarlanacağı təqdirdə konserti dərhal dayandıracağını xəbərdar edib.

Hadisə Qazaxıstan sosial şəbəkələrində də müzakirələrə səbəb olub.

Tamaşaçılar davada iştirak edən qadınların davranışını tənqid ediblər.

Mühafizə əməkdaşlarının həmin şəxsləri zaldan çıxardığı, bundan sonra isə müğənninin proqramı başa çatdırdığı bildirilir.