Koronavirusa yoluxdu, aclıq hissini itirdi

Koronavirusa yoluxdu, aclıq hissini itirdi Dünya

Türkiyənin Diyarbəkir şəhərində yaşayan 29 yaşlı Kübra Ayğül 2021-ci ildə koronavirusa yoluxduqdan sonra aclıq hissini itirdiyini və beş ildir normal qidalana bilmədiyini deyib.

News24.az xəbər verir ki, iki uşaq anası olan qadın daim toxluq hiss etdiyini, yemək yeməyə çalışarkən və hətta yemək qoxusunu duyanda belə ürəyinin bulandığını deyib.

Ayğül bildirib ki, beş il ərzində çoxsaylı xəstəxanalara müraciət edib, qan analizləri, endoskopiya və kolonoskopiyadan keçib. Lakin aparılan müayinələr nəticəsində problemin səbəbi müəyyən edilməyib.

Qadın kifayət qədər qidalana bilmədiyi üçün gücdən düşdüyünü, gündəlik həyatını davam etdirməkdə və iki övladına baxmaqda çətinlik çəkdiyini söyləyib.

O, hazırda əsasən ayran və çörəklə qidalandığını qeyd edərək, müalicə olunmaq üçün həkimlərdən və aidiyyəti qurumlardan kömək istəyib.