Körpəsini bir həftə körpünün altında saxladı

Körpəsini bir həftə körpünün altında saxladı Dünya

ABŞ-də qadın körpəsini doğuşdan sonra bir həftə magistral yolun altındakı çadırda saxlayıb.

News24.az xəbər verir ki, 29 yaşlı Melissa Rivera və 48 yaşlı Fernando Esparza körpünü altında qurduqları müvəqqəti çadırda yaşayırmış.

Hüquq-mühafizə orqanları ərazidə körpəni aşkar etdikdən sonra valideynləri saxlayıb. Məlumata görə, ətrafda zibil, narkotik vasitələrin istifadəsi üçün borular və çürümüş qida olub. Körpənin yatdığı yerdə də antisanitar vəziyyət aşkarlanıb.

Körpə xəstəxanaya yerləşdirilib. Valideynlər isə uşağın həyatını təhlükəyə atmaqda ittiham olunaraq həbs ediliblər.