Kremldən F-16-larla bağlı açıqlama: - Dərman olmayacaq…
Dünya
F-16 qırıcılarının Kiyevə çatdırılması cəbhədəki hadisələrin dinamikasına ciddi təsir göstərə bilməyəcək, təyyarələr vurulacaq və məhv ediləcək.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Kiyev rejiminin silahlı qüvvələri bilməlidirlər ki, heç nə onların dərdinə dərman olmayacaq”, - Peskov bildirib.