Kris Ri vəfat etdi
Dünya
Britaniyalı müğənni və gitara ifaçısı, “The Road to Hell” hitinin müəllifi Kris Ri 74 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə musiqiçinin ailəsi məlumat yayıb.
“Dərin kədər hissi ilə sevimli Krisimizi itirdiyimizi bildiririk. O, bu gün qısa sürən xəstəlikdən sonra xəstəxanada, yaxınlarının əhatəsində dünyasını dəyişib”, – məlumatda deyilir.
Kris Ri həyatı boyu ciddi sağlamlıq problemləri ilə mübarizə aparıb. 1990-cı illərdə ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub və bir sıra daxili orqanlarının çıxarıldığı ağır əməliyyat keçirib. Musiqiçi eyni zamanda I tip şəkərli diabetdən əziyyət çəkirdi.