Kritik gəlişmə: Ukrayna iki əsas - müttəfiqini itirdi
Dünya
“Ukrayna Kiyev hakimiyyətinin səhvləri ucbatından Polşa və Slovakiyanın dəstəyini itirib”.
News24.az xəbər verir ki, bu barədə Atlantik köşə yazarı Piotr Kosicki deyib.
“30 sentyabr həftəsonu təkcə Vaşinqtonda deyil, həm də Şərqi Avropada bir vaxtlar iki sadiq müttəfiq olan Ukraynaya beynəlxalq dəstəkdə məşum dönüş nöqtəsi oldu”,- o yazıb.
Jurnalist qeyd edib ki, Slovakiya parlamentinə keçirilən növbədənkənar seçkilərdə Ukraynaya yardımı tənqid edən Robert Fikonun rəhbərlik etdiyi “Smer” partiyasının qələbəsi Kiyev üçün ciddi problemə çevrilib.
O, əlavə edib ki, Varşavadan Kiyevə dəstək də quruyur.
Onun fikrincə, Ukrayna taxılı ilə bağlı məsələ, Kanada parlamentində SS ilə bağlı qalmaqal və Vladimir Zelenskinin sərt bəyanatları Polşa ilə münasibətləri çətinləşdirir.
Ayşən