Kuba prezidenti ABŞ-ni müharibə aparmaqda ittiham etdi

Kuba prezidenti ABŞ-ni müharibə aparmaqda ittiham etdi Dünya

Kuba prezidenti Miguel Diaz-Canel ABŞ-ni ölkəsinə qarşı "amansız iqtisadi müharibə" aparmaqda ittiham edib.

News24.az xəbər verir ki, o, Vaşinqtonun Kubanın maliyyə kanallarına, yanacaq təchizatına və texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışdığını deyib. Diaz-Kanel bildirib ki, bu təzyiqlər ölkə iqtisadiyyatına ciddi təsir göstərsə də, Kuba xalqı müqavimət göstərməyə davam edir.

Kuba lideri həmçinin ABŞ-nin siyasətinin ölkənin əsas ehtiyaclarını ödəməsini çətinləşdirdiyini vurğulayıb./TASS/