Kuba prezidenti Trampa sərt cavab verdi: "Heç kim bizə diktə edə bilməz!"

Kuba prezidenti Trampa sərt cavab verdi: "Heç kim bizə diktə edə bilməz!" Dünya

Kuba prezidenti Migel Diaz-Kanel ABŞ prezidenti Donald Trampın Vaşinqtonla “razılaşmaq” çağırışına cavab verib.

News24.az -ın məlumatına görə, o bildirib ki, Kuba azad, müstəqil, suveren dövlətdir və heç kim onlara nə edəcəklərini diktə edə bilməz.

Diaz-Kanel sosial mediada paylaşımında Kubanın təcavüzkar dövlət olmadığını vurğulayıb və ölkənin 66 ildir ABŞ-nin təzyiqlərinə məruz qaldığını qeyd edib. Prezident əlavə edib ki, Kuba xalqı vətənini qorumağa hazırdır və heç bir təhdidi qəbul etməyəcək.