Küveyt İranın hücumlarını dəf edir
Dünya
Küveyt ordusu ölkə səmasında İrandan atılan mərmiləri zərərsizləşdirir.
News24.az xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.
"Silahlı Qüvvələrimiz hazırda düşmənin hava hədəflərinin qarşısını alır", – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ obyektlərinə endirilən zərbələr zamanı HIMARS yaylım atəşli raket sistemlərinin buraxılış qurğularını və onlara məxsus sursatları məhv etdiyini açıqlayıb.
Məlumatda qeyd olunub ki, SEPAH ABŞ-yə məxsus HIMARS sistemlərini pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Həmin raket sistemləri İran ərazisinə zərbə endirməyə hazır vəziyyətdə olub.