Lavrov: “Nəticə əldə etməyə hazırıq”
Dünya
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ prezidenti Donald Tramp və prezident Vladimir Putin arasında keçirilə biləcək sammit yalnız real nəticələr verəcəyi halda mənalı olacaq".
News24.az xəbər verir ki, Lavrov bu açıqlamanı Belarusda keçirilən Avrasiya Təhlükəsizliyi üzrə 3-cü Minsk Beynəlxalq Konfransından sonra mətbuat konfransında verib.
Nazir həmçinin ABŞ ilə aviasiya sahəsində əməkdaşlıq etmək istədiklərini, lakin bunun Vaşinqton üçün prioritet olmadığını əlavə edib. Lavrov vurğulayıb ki, dövlət başçılarının görüşü konkret nəticələr gətirməlidir və Rusiya buna hazırdır.