Lavrov və Rubio Ukrayna böhranını müzakirə ediblər

Lavrov və Rubio Ukrayna böhranını müzakirə ediblər Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən görüşdə Ukrayna böhranını müzakirə ediblər.

News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov görüşdə Moskvanın münaqişənin siyasi və diplomatik yolla həllinə açıq olduğunu bildirib.

Tərəflər həmçinin Rusiya-ABŞ münasibətləri, Fars körfəzi bölgəsindəki vəziyyət və diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.