Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini “xoşməramlı jest” adlandırdı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vesti”yə müsahibəsində Zelenskinin ABŞ-da keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyini şərh edərkən bildirib.
“Məncə, dövlət başçısının mətbuat katibi Dmitri Peskov artıq bununla bağlı mövqeyini bildirib: bu şəxsə dəvət göndərilib, əgər görüşmək istəyirsə, qoy gəlsin. Bu, artıq bizim tərəfimizdən böyük xoşməramlı jestdir. Çünki o, Putinlə təmasları qadağan edən fərmanını hələ də ləğv etməyib”, – Lavrov deyib.
Rusiya XİN rəhbəri, həmçinin Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu, lakin danışıqlar müddətində hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib. (APA)