Lənbəli kəndində toy zamanı iki qardaş öldürüldü, üçüncü qardaş qaçaraq xilas oldu

Lənbəli kəndində toy zamanı iki qardaş öldürüldü, üçüncü qardaş qaçaraq xilas oldu Dünya

Kaxeti bölgəsinin Saqareco bələdiyyəsinin Ləmbəli kəndində silahlı insident baş verib. Nəticədə iki qardaş həyatını itirib, üçüncü qardaş isə hücumdan qaçaraq xilas ola bilib. News24.az xəbər verir ki, bu barədə “Mtavari" məlumat yayıb. Məlumata görə, hadisə bir neçə saat əvvəl baş verib. Kənd sakinlərindən biri qardaşların yolunu kəsərək onlar toy mərasiminə gedərkən atəş açıb. İki qardaş hadisə yerində ölüb. Üçüncü qardaş isə qaçaraq avtomobildə gizlənə bilib. Yerli sakinlərin bildirdiyinə görə, qardaşlar bir müddət əvvəl Rusiyadan qayıdıblar. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.