Lissabonda etirazlar: 100 min insanı küçələrə çıxaran səbəb

Lissabonda etirazlar: 100 min insanı küçələrə çıxaran səbəb Dünya

Lissabonda insasnlar əmək qanunlarını dəyişdirmək planına etiraz edib və maaşların artırılması tələbilə aksiya keçirib.

News24.az Reuters”ə istinadla xəbər verir ki, etiraz aksiyasına təxminən 100 min nəfər qatılıb.

Baş nazir Luis Monteneqro hökuməti sentyabr ayında əmək kodeksində dəyişiklik etmək üçün qanun layihəsini təsdiqləyib və bu addımın rəqabət qabiliyyətini artıracağını bildirib.

Planlaşdırılan dəyişikliklərə görə, işəgötürənlər işçiləri əsas göstərmədən işdən çıxara biləcək.

Layihənin parlamentdə radikal sağçı Chega partiyasının dəstəyi ilə qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, Portuqaliya Qərbi Avropanın ən kasıb ölkələrindən biridir. Rəsmi məlumatlara görə, ötən il işçilərin 50 faizdən çoxu ayda 1000 avrodan az qazanıb. Minimum əmək haqqı isə 870 avrodur, bu da Avropa İttifaqında ən aşağı səviyyələrdən biridir.