Livanda ölənlərin sayı artdı
Dünya
Son bir sutka ərzində İsrailin Livanın cənubuna və şərqinə endirdiyi hava zərbələri nəticəsində ən azı 34 Livan vətəndaşı həlak olub, daha 62 nəfər isə yaralanaraq xəstəxanalara yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan hesabatda bildirilib ki, hərbi gərginliyin başladığı 2 mart tarixindən bəri həyatını itirən mülki vətəndaşların ümumi sayı 3185 nəfərə, yaralıların sayı isə 9633-ə çatıb.
Səhiyyə Nazirliyi onu da əlavə edib ki, xilasetmə qrupları cənubdakı Nəbatiyyə vilayətində və Beka dərəsində bombardmanlara məruz qalan ərazilərdə dağıntıların təmizlənməsini davam etdirir, bu səbəbdən ölü və yaralıların sayının artacağı istisna edilmir.