Liviyanın baş kəşfiyyatçısı öldürüldü
Dünya
Liviyanın şərqində fəaliyyət göstərən Silahlı Qüvvələrin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Fauzi əl-Mənsuri sui-qəsd nəticəsində həlak olub.
News24.az xəbər verir ki, bu barədə “Al-Vasat” telekanalı məlumat yayıb.
Məlumata görə, onun avtomobilinə partlayıcı qurğu yerləşdirilib.
Partlayış zamanı general-mayorun avtomobili Bənqazi şəhərindəki Aişə məscidinin yaxınlığında olub.
“Al Arabiya”nın mənbələri əldəqayırma partlayıcı qurğunun avtomobilə yerləşdirildiyini təsdiqləyib.
Təhlükəsizlik xidməti hadisəni terror aktı adlandırıb.
Qeyd edək ki, Fauzi əl-Mənsuri 2024-cü ildən Hərbi Kəşfiyyat İdarəsinin direktoru olub.
Bundan əvvəl o, Fars körfəzi bölgəsindəki qoşunların rəhbəri və Əcdabiyadakı komanda məntəqəsinin başçısı olub.
General-mayor Liviyanın cənubunda keçirilən əməliyyatlarda mütəmadi olaraq iştirak edib.