İlk dərs günü dəhşət yaşandı - Şagird müəllimi bıçaqlamaq istədi
Dünya
Rusiyanın Kanqsk şəhərində məktəbdə şagird qadın müəllimə hücum edib.
News24.az xəbər verir ki, hadisə bu gün məktəbdə bayram tədbirindən əvvəl baş verib.
Məlumata görə, 7-ci sinif şagirdi fizika müəlliminə yaxınlaşaraq onun üzünə bibər qazı püskürdüb, daha sonra bıçaq çıxararaq ona hücum etməyə cəhd göstərib.
Şagirdlərdən birinin anası hücum edən qızın qarşısını kəsərək onu dəhlizə çıxarıb.
Bununla da müəlliməyə daha ciddi xəsarət yetirilməsinin qarşısı alınıb.
Hadisə yerinə istintaqçılar və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.
Məktəbdə planlaşdırılan bayram tədbirləri ləğv edilib.
Bildirilib ki, qaz balonundan istifadə nəticəsində 5 uşaq və 2 böyük xəsarət alıb.
Onların hamısı xəstəxanaya çatdırılıb. Zərərçəkənlərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.
Hadisənin bütün təfərrüatları və məktəblinin hərəkətinin motivləri araşdırılır.