İlon Mask: “Onsuz da hamımız öləcəyik”
Dünya
Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask süni intellektin bəşəriyyət üçün yarada biləcəyi təhlükələr barədə danışıb.
News24.az xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində keçirilən “All-In Summit 2026” sammitində çıxış edən Maskdan süni intellektin bəşəriyyətin sonuna səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar soruşulub.
“Hamımız 10 ildən sonra öləcəyikmi?” sualına Mask yumorla cavab verib:
“Sizi məyus etmək istəmirəm, amma onsuz da hamımız bir gün öləcəyik”. Mask eyni zamanda süni intellektin yaratdığı risklərin təhlükəsizlik tədbirləri görülmədiyi təqdirdə artacağını bildirib.
O, süni intellektin hərbi sistemlərə nəzarəti ələ keçirməsinin və nüvə silahlarından istifadə əmrinin verilməsinin ciddi təhlükə yarada biləcəyini də vurğulayıb.